Tramp dolların kursundan gileyləndi


Dünya 08 Avq 2019 23:51:00 195 0

Tramp dolların kursundan gileyləndi

ABŞ Prezidenti Donald Tramp dolların kursunun möhkəmlənməsi ilə bağlı gileylərini paylaşıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Tramp "Twitter" səhifəsində yazıb ki, Federal ehtiyatlar sistemi ABŞ şirkətlərinin rəqabət aparmasına mane olur: "Düşünə bilərsiniz ki, dolların stabil kursu məni bir prezident kimi sevindirir. Amma belə deyil! FES-in yüksək faiz dərəcələri digər ölkələrlə müqayisədə dolların kursunun dəyişməməsinə kömək edir. Amma bu bizim şirkətlərə brabər şərtlərdə rəqabət aparmağa mane olur".

Prezident eyni zamanda FES-in addımlarını tənqid edib və onların yanlış yolda olduqlarını vurğulayıb.