Avtomobili ağaca çırpan Xudat sakini xəstəxanada ölüb


Digərləri 08 Avq 2019 23:59:00 281 0

Avtomobili ağaca çırpan Xudat sakini xəstəxanada ölüb

Xaçmaz rayonunun Səlim-oba kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. İlhamə İsabalayeva - Xaçmaz rayonunun Səlim-oba kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 7-də saat 15 radələrində Xaçmaz rayonunun Səlim-oba kəndi ərazisində Xudat şəhər sakini Mətləb Mirzəyev idarə etdiyi "Hyundai" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.