Hidrogen peroksid. Ucuz və sınanmış müalicəvi vasitə Faydalı məlumat /


Digərləri 08 Avq 2019 23:05:00 284 0

Hidrogen peroksid. Ucuz və sınanmış müalicəvi vasitə Faydalı məlumat /

Hidrogen peroksid tibdə müxtəlif məqsədlərlə geniş istifadə olunur.

Bu çox ucuz, lakin çox effektli müalicəvi vasitədir. Adətən biz müxtəlif məqsədlərlə apteklərdə satılan 3%-li məhlulu istifadə edirik.

- Məhlulun antiseptik və qankəsən xüsusiyyətləri var. Bu səbəbdən hidrogen peroksid dəridə kiçik yaralar, sıyrıntılar zamanı geniş istifadə olunur.

- Burun qanaxması zamanı məhlulda steril pambıq isladıb burun deşiklərinə qoyun. Bu qanaxmanı kəsir.

- Hidrogen peroksid körpələrdə göbək yarasının işlənməsi zamanı çox geniş istifadə olunur. Məhlul yaraya düşdükdə köpüklənir. Bu normaldır. Bu köpük buradan mikrobları,  ölmüş hüceyrələri yuyub aparır.

- Yaraya sarıq yapışıbsa, hidrogen peroksidin köməyi ilə onu asanlıqla və ağrısız çıxartmaq olar. Sarığa məhlul tökün və səliqə ilə çıxardın.

- Hidrogen peroksid dişlərin ağardılması zamanı istifadə olunur.

- Angina, stomatit zamanı hidrogen peroksid qarqara üçün istifadə olunur. Bunun üçün 1 xörək qaşığı 3%-li məhlulu 1 stəkan ilıq suya əlavə edin və qarqara edin. Belə qarqaranın köməyi ilə həmçinin ağızdan gələn pis qoxunu yox etmək olar.