Omeqa 3 ilə zəngin qidalar –


Digərləri 08 Avq 2019 22:35:00 235 0

Omeqa 3 ilə zəngin qidalar –

Hər bir sovet məktəblisinə həm məktəbdə, həm evdə ən dadsız və acı balıq yağı içirilərdi. Balıq yağının xoşagəlməz tamını sonradan xatırladıqca, üz-gözlərini büzərdilər.

Zaman dəyişib, Omeqa 3-ə olan tələbat daha da artıb. Təəssüf ki, gündəlik qidamız və meyvə-tərəvəzdə Omeqa 3 azdır. İndi balıq yağının və Omeqa 3 daha dadlı formaları, kapsulları çıxıb. Qoxusuz və ya meyvə dadlı, qoxulu Omeqa 3 beyin, gözlər, qocalığa qarşı vacibdir. Sovet dövründə qəpik-quruşa olan təmiz balıq yağı, indi dəbli qablaşdırmada müxtəlif formalarda daha baha satılır.

Omeqa 3 və 6 yağ turşularıdır. Qaraciyər tərəfindən çox yaxşı mənimsənilir. Hər bir insanın sutkalıq Omeqa 3 tələbatı 1100 mq-dır. Lakin biz onun heç yarısını da qəbul etmirik. Orqanizm tərəfindən bu turşular sintez olunmur, ona görə kənardan, xüsusən təmiz şəkildə qidalardan almalıyıq

Son.az medicina.az-a istinadən uşaqlar və böyüklər üçün vacib olan Omeqa 3 ilə zəngin qidaları təqdim edir.

Ən reytinqli ərzaqlar bunlardır:

1.Kətan toxumu və yağı 2.Losos balığı 3.Skumbriya 4.Qoz 5.Sardina balığı 6.Qara kürü

7.Seld 8.Rapsa yağı (bitki növüdür) 9.Dəniz ilbizi - istidriyə 10.Ançouslar 11.Qırmızı mərci