Təvafdan da vacib əməl


Digərləri 08 Avq 2019 22:10:00 241 0

Təvafdan da vacib əməl

Əban ibni Təğəllüb, İmam Sadiqin (ə) yaxın tərəfdaşlarından idi. O, nəql edir: "İmam Sadiqlə (ə) birlikdə Məkkədə idik. Həzrətlə (ə) birlikdə Kəbəni təvaf edirdik. Bu zaman dostlarımdan biri məndən xahiş etdi ki, hacətini yerinə yetirmək üçün onunla birlikdə gedəm.

Ancaq mən təvaf etməyə davam edirdim. O, mənə işarə edirdi, ancaq mən də ona fikir vermirdim. İmamı (ə) tək qoymaq istəmirdim.

O, yenə mənə işarə etdi və bu dəfə onun işarəsini İmam Sadiq (ə) gördü və mənə buyurdu: "Onun səninlə işi vardır?".

Dedim: "Bəli".

Buyurdu: "O, kimdir?".

Dedim: "Bizim dostlardandır, Əhli-Beyt (ə) davamçısıdır".

Buyurdu: "Onun yanına get".

Dedim: "Təvafı qət edim?".