Möminin niyyəti, onun əməlindən üstündür


Digərləri 08 Avq 2019 22:15:00 176 0

Möminin niyyəti, onun əməlindən üstündür

Həzrət Peyğəmbər (s) buyurur: "Dünya möminin zindanı və kafirin behiştidir".

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Dua - möminin silahıdır".

Peyğəmbəri-Əkrəm (s) buyurur: "Möminin niyyəti möminin əməlindən üstündür".

İmam Əli (ə) buyurur: "Hikmət - möminin itmişidir".

Rəsulallah (s) buyurur: "Namaz - möminin nurudur".

İmam Əli (ə) buyurur: "Möminin Allah qorxusuna görə ağlaması, gözünün aydınlanmasına səbəb olar".

Həzrət Peyğəmbər (s) buyurur: "Möminin nicatı - dilini saxlamasındadır".

İmam Sadiq (ə) buyurur: "Hər kim susuz möminə su verər, Allah Qiyamət günü onu Öz kölgəsinə aparar və behişt içəcəyindən ona içizdirər".