Türkiyə zəlzələsini qabaqcadan bilmişdi


Digərləri 08 Avq 2019 22:04:00 179 0

Türkiyə zəlzələsini qabaqcadan bilmişdi

Zəlzələ proqnozları doğru çıxan məşhur seysmoloq Frank Huqerbitsin hələ aylar əvvəl Türkiyədə zəlzələ olacağını dediyi məlum olub.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 2019-cu ildə 6 baldan yuxarı təkanların baş verəcəyi ölkələri açıqlayan alimin təxminləri doğru çıxıb. Belə ki, Huqerbitsin əvvəlcədən xəbər verdiyi kimi, ötən ay Kaliforniyada 6,4 bal gücündə zəlzələ olmuşdu. 7-8 bal arasında yenidən təkanlar olacağını bildirən Frank bu dəfə də yanılmamışdı. Kaliforniya 7,1 balla yenidən silkələnmişdi.

Frank seysmik aktivliyin artdığı bölgələri qeyd edərək Sakit okean zolağında uzun müddətdir şiddətli zəlzələlərin baş vermədiyini və bu səbəbdən bu il aktivliyin arta biləcəyini qeyd etmişdi.

Aralıq dənizi sahillərində 4,5 bal gücündə zəlzələdən sonra isə seysmoloq Türkiyənin Egey dənizi sahilləri, Yunanıstan və İtaliyada risk daşıdığını bildirmişdi.

Huqerbits uzun müddətdir zəlzələnin müşahidə olunmadığı Portuqaliya, İspaniya və Mərakeşdə hər an şiddətli təkanların meydana gələcəyini də proqnozlaşdırıb.


Xəbərə aid fotolar