“Dəniz kuboku 2019” müsabiqəsinin iştirakçıları arasında voleybol yarışı keçirilib FOTO


Digərləri 08 Avq 2019 21:38:00 268 0

“Dəniz kuboku  2019” müsabiqəsinin iştirakçıları arasında voleybol yarışı keçirilib  FOTO

"Dəniz kuboku - 2019" beynəlxalq müsabiqəsi çərçivəsində hərbi dənizçilər arasında voleybol yarışı keçirilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Azərbaycan hərbi dənizçiləri voleybol yarışında da qalibiyyətlərini davam etdirib. Belə ki, dostluq turnirinin yekununa görə Azərbaycan birinci, Qazaxıstan ikinci, İran üçüncü, Rusiya komandası isə dördüncü yerə layiq görülüb.

Qalib komandalara kuboklar, medallar, "Fəxri Fərman"lar və hədiyyələr təqdim edilib.


Xəbərə aid fotolar