Bir anın içində Quran hafizi olan insan


Digərləri 08 Avq 2019 21:20:00 239 0

Bir anın içində Quran hafizi olan insan

Əbu Əmr əcəm idi və Zadan ləqəqi ilə məşhur idi. O, İmam Əlinin (ə) yaxın səhabələrindən hesab olunurdu.

Səyid Xəfaf nəql edir: "Eşitmişdim ki, Zadan çox qəmli və gözəl avazla Quranı oxuya bilir. O, əcəmi olduğu üçün belə bir sual verdim: "Sən Quranı çox gözəl oxuyursan, kimdən öyrənmisən?".

Zadan dedi: "Bir gün Əmirəl-möminin (ə) mənim yanımdan keçirdi. Mən də şeir oxuyurdum, səsim də yaxşı idi. Belə ki, Həzrət (ə) səsimin gözəlliyindən heyrətə gəlmişdi. Mənə buyurdu: "Ey Zadan! Quranı niyə oxumursan?".

Dedim: "Quran qiraətini bilmirəm, ancaq namazda vacib olanları bilirəm".

Həzrət (ə) mənə yaxınlaşdı və qulağıma bir kəlam dedi ki, mənasını başa düşmədim. Sonra buyurdu: "Ağzını aç".