Qonoreya: ən qorxulu zöhrəvi xəstəlik


Digərləri 08 Avq 2019 21:12:00 290 0

Qonoreya: ən qorxulu zöhrəvi xəstəlik

Qonoreya - cinsi yolla ötürülən, yəni kişidən qadına, qadından kişiyə, eləcə də eyni cinsli insanların intim əlaqəsi zamanı yoluxdurulan geniş yayılmış və fəsadları çox olan zöhrəvi xəstəlikdir.

Dünya Səhiyyə Təşkilatının statistikasına görə, hər il dünyada 78 milyon insan qonoreyaya yoluxur. Daha çox qadınlar bu infeksiyanın əsirinə çevrilir, çünki virus uşaqlıq, yumurtalıqları zədələyir, sonsuzluq və boru  hamiləliyinə səbəb olur.

Son.az medicina.az-a istinadən bildirir ki, qonoreyanı törədən oyadıcı bakteriyalar müalicədə istifadə olunan antibiotik dərmanlara uyğunlaşmaq və onlara davamlı olmaq qabiliyyətinə malikdir.

Qonokokk bakteriya çox tez antibiotikə uyğun mutasiyaya uğrayaraq, müalicəyə tabe olmur və yeni növə çevrilir. Ona görə bu xəstəliyi müalicə etmək getdikcə çətinləşir.

Orta əsrlərdə təbiblərin qonoreyanı sifilislə səhv salmaları, bu xəstəliyə yoluxmuş insanların tədricinə səbəb olurdu və müalicəyə inam yox idi. Ona görə epidemiya pik həddinə çatmışdı.

Müstəqil xəstəlik olaraq XVIII əsrdə alman həkimi Qunter tərəfindən differensasiya edilmişdir. Lakin oyadıcı bakteriyanı kəşf edib təhlil edən ilk alim alman Neyser hesab edilir. Ötən əsrin 30-cu illərinə kimi dərmanlar olmadığından həkimlər qonoreyanı müxtəlif antiseptik məhlullarla müalicəyə cəhd edirdilər:marqans, bor turşusu və s.

Yalnız antibiotiklər icad olunandan sonra qonoreya penisillinlə və streptomisin ilə müalicəyə tabe oldu. 1960-cı illərdən həkimlər müşahidə etdilər ki, qonoreya getdikcə antibiotiklərə tabe olmur, yeni ştammları yaranır, ona görə mövcud preparatlar təsirsizdir. Ona görə dünyada hər 5 ildən bir qonoreyalara qarşı yeni dərmanlar hazırlanır.

Hazırda istifadə olunan seftriakson belə təsrini itirməkdədir, alimlər hesab edir ki, yaxın 10 ildə qonoreyanın yeni ştamlarının epidemiyası pik olacaq, çünki hələ yeni dərmanlar kəşf olunmayıb.

Əlamətləri:

-Kişilərdə yoluxmadan 1 həftə sonra, qadınlarda 10-12 sonra özünü göstərməyə başlayır -Kişilərdə: sidik ifrazı zamanı ağrı, uretradan ağ-sarımtıl xama kimi axıntı -Qadınlarda: qarının aşağısında ağrı, axıntı, menstruasiya arası qanaxma