Yenidoğulmuş uşağın çəkisinin çox olması təhlükəlidir


Digərləri 08 Avq 2019 21:05:00 292 0

Yenidoğulmuş uşağın çəkisinin çox olması təhlükəlidir

"Şəkər endokrinoloji xəstəlik olub, insanlarda həm edogen, həm də ekzogen səbəblərdən dolayı yaranır".

Son.az sherg.az-a istinadən bildirir ki, bu barədə Azərbaycanda şəkər xəstəsi olan uşaqların sayının artmasından danışarkən tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı bildirib.

Onun sözlərinə görə, şəkərli diabet xəstəliyinə birdəfəlik son qoymaq mümkün deyil:

"Çünki bu xəstəlik insan daxilindəki vəzlər pozulduğuna görə yaranır. Yəni qidalanmanın pozulması, yaşam çətinlikləri, ekoloji tarazlığın pozulması və s. kimi çoxsaylı faktorlar bunu qaçılmaz xəstəliyə çevirib.

Bəzən bu xəstəlik insanda anadangəlmə olur. Bu da ananın hamiləlik dövründən başlayan bir prosesdir. Hamiləlik müddətində ananın qeyri-sabit qidalanması, karbonhidratlardan çox istifadə etməsi bu xəstəliyin əsas səbəblərindən biridir.

Uşaq doğularkən onun çəkisinin çox olması ortaya xoşagəlməz fikirlər çıxarır. Gələcəkdə həm ana, həm də uşaq diabet xəstəliyinin daşıyıcısı ola bilər.

Bu kimi faktorları əsas götürdükdə şəkərli diabet xəstəliyi irsi rol oynayır. Lakin bu insanlarda təlaş yaratmamalıdır. "Diabet anamda olub, məndə də olacaq" kimi fikirlər yanlışdır. Bu cür amillər gələcəkdə müəyyən qədər rol oynadığı üçün biz bunu dəyərləndiririk.