İyulda Azərbaycana gələn turistlərin sayı 10 faiz artıb


Digərləri 08 Avq 2019 21:08:00 271 0

İyulda Azərbaycana gələn turistlərin sayı 10 faiz artıb

Bu ilin iyul ayında Azərbaycana 365 min əcnəbi qonaq səfər edib ki, bu da 2018-ci ilin iyul ayına nisbətdə 10.6% artım deməkdir.

Son.az Trend-ə istinadən bildirir ki, qonaqların üçdə birindən çoxunu, 35%-ni Rusiyadan gələnlər təşkil edib. 2018-ci ilin eyni ayı ilə müqayisədə Rusiyadan 11 min və ya 10% çox qonaq gəlib.

İyul ayı üzrə ən böyük artım Gürcüstandan gələnlər arasında müşahidə olunub. Belə ki, bu ölkədən ötən ilin eyni ayı ilə müqayisədə 12 min və ya 26% daha çox turist gəlib. Bununla da iyul ayında Gürcüstandan gələnlərin sayı 61 min nəfər təşkil edib.

Səudiyyə Ərəbistanından səyahət edənlərin sayı 25% artaraq rekord həddə - 29 minə çatıb.

Cari ilin yanvar-iyul aylarında Azərbaycanı 1.8 milyon xarici səyahətçi ziyarət edib ki, bu da 2018-ci ilin ilk yeddi ayı ilə müqayisədə 122 min və ya 7.4% çoxdur.