Beyin gücüylə oyun oynamağı təmin edən sistem


Digərləri 08 Avq 2019 20:50:00 249 0

Beyin gücüylə oyun oynamağı təmin edən sistem

İsveçrənin Sürix şəhərində olan ETH Universitetinin araşdırmaçıları, hərəkətverici bacarıqları zədələnmiş insanların zehinlərini istifadə edərək oyun oynaya bilmələrini təmin edən bir sistem yaratdı. Araşdırmanın son məqsədi isə fiziki maneəlilərin əlil arabasını zehinlərini istifadə edərək idarə edə bilməsini təmin etməkdir.

Bir çox fiziki maneəli insan əlil arabası istifadə etmək məcburiyyətindədir. Bu kəslər üçün əlil arabasına nəzarət etmək tez-tez çətinlik halına gələ bilər. Araşdırmaçılar bu cür insanların həyatlarını asanlaşdıra biləcək bir işi həyata keçirmə yolunda əhəmiyyətli bir addım atdı.

Sürixdə olan ETH Universitetində, zehinlə müxtəlif idarələr təmin edən sistemlər üzərində işləyən bir qrup var. Təcrübələrə könüllü olaraq qatılan iflic xəstə Samuel Kunz, qrupun yaratdığı sistemi istifadə edərək Brain Driver adlı oyunu oynamağı bacardı.

Sistem haqqında şərhlər verən nevroloq doktor Rea Leyner, sistemin elektrodlar vasitəsilə insan zehni ilə kompyuter interfeysini birləşdirdiyini və hələ pilot mərhələsində olduğunu söylədi. Leyner ayrıca əsl hədəfin də iflic xəstələrin, köməyə ehtiyac duymadan əlil arabasını idarə edə bilməsi olduğunu söylədi.