İnsan və meymunun embrionhimerası yaradıldı


Digərləri 08 Avq 2019 20:55:00 246 0

İnsan və meymunun embrionhimerası yaradıldı

İspaniya və ABŞ alimlərindən ibarət komanda, insan və meymunun hüceyrələrindən embrion-himerasını yaradıb. Tədqiqatlar Çində keçirilib.

Son.az deyerler.org-a istinadən bildirir ki, alimlər transplantasiya üçün yeni orqanları yaratmaq üçün insan hüceyrələrini heyvan embrionlarına daxil etmişdir. Tədqiqatlarda insan hüceyrələrindən istifadə edib, lakin alimlər prosesi dayandırmışdır. "Yekun məqsəd transplantasiya üçün uyğun olan insan orqanı yaratmaqdır, lakin məqsədə çatmaq üçün proses yolu alimlər üçün olduqca maraqlıdır", - deyə universitetin tədqiqatçı bioloqu bildirmişdir.

Bir müddət öncə Çin alimləri, beynin inkişafında iştirak edən meymun genlərilə "MCPH1" insan genlərini birləşdirərək, genetik modifikasiyalı makaka-rezus meymunlarını yaratmışdı. Aparılan tədqiqatlar digər alimlər tərəfindən qınanmışdır. Onlar, meymun beyninin inkişaf etdirilməsi üçün insan genlərindən istifadə edilməsinin etik normalara zidd olduğunu bildirmişdir.