İsmayıllıda evdən qaçan 3 uşaq anasının məktubu tapıldı: "Gedirəm, amma mənim bu evdə..."


Digərləri 08 Avq 2019 19:51:00 246 0

İsmayıllıda evdən qaçan 3 uşaq anasının məktubu tapıldı: "Gedirəm, amma mənim bu evdə..."

İsmayıllı rayonunda evdən qaçan 3 uşaq anasının məktubu tapılıb.

Son.az aznews.az-a istinadən xəbər verir ki, bu barədə Pərvanə Bədəlovanın yaxınları məlumat verib. Onların bildirdiyinə görə, Pərvanə Bədəlova həmin məktubda tezliklə evə qayıdacağını yazıb: "Gedirəm, amma mənim bu evdə iki qız uşağım qalıb. Tezliklə onları götürmək üçün bu evə qayıdacam" - məktubda vurğulayıb. Qeyd edək ki, İsmayıllı rayonunda 3 uşaq anası evdən qaçıb. Rayonun Qalınçaq kənd sakini Bədəlova Pərvanə Rəfael qızı bu il iyulun 28-də gecə 3 radələrində 4 yaşlı övladı İsmayıl Bədəlovu da götürərək evdən qaçıb.