Hollivud aktyoru körpəni ölümdən xilas etdi


Digərləri 08 Avq 2019 19:53:00 254 0

Hollivud aktyoru körpəni ölümdən xilas etdi

Hollivud aktyoru Denni Trejo qəza keçirən avtomobildə qalan uşağın həyatını qurtarıb.

Son.az axşam.az-a istinadən bildirir ki, yüksək sürət səbəbilə tərsinə çevrilən avtomobildə qadın və  azyaşlı qızı bağlı qalıb. Aktyor pəncərədən keçərək uşağı xilas edib. Hadiəs yerinə gələn xilasedicilər qadını da maşından çıxarıblar. Onlar təcili yardımla xəstəxanaya aparılıb.

Aktyor sosial şəbəkədə sürücüləri daha diqqətli olmağa çağırıb.