Bu agentliyə yeni rəhbər təyin olunub


Digərləri 08 Avq 2019 19:29:40 218 0

Bu agentliyə yeni rəhbər təyin olunub

Agentliyin İdarə Heyətinə sədr və İdarə Heyətinin üzvləri təyin edilib.

Bakı. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin İdarə Heyətinə sədr və İdarə Heyətinin üzvləri təyin edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, Tural Kərimli İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri, Fariz Quliyev və Ayan Kərimova İdarə Heyətinin üzvləri təyin olunub. T. Kərimli 1981-ci ildə anadan olub. Qafqaz Universitetində beynəlxalq hüquq üzrə bakalavr və magistr təhsili alıb. Təhsilini Harvard Universiteti Con Kennedi Dövlət İdarəçilik Məktəbində İnvestisiya qərarları və maliyyə davranış iqtisadiyyatı sahəsi üzrə davam etdirib.