İŞİDin əlində olan azərbaycanlı qadınlardan xəbər var "Çox çalışdım qaçmaq üçün, amma pulumu aldılar" VİDEO


Dünya 08 Avq 2019 19:20:00 356 0

İŞİDin əlində olan azərbaycanlı qadınlardan xəbər var  "Çox çalışdım qaçmaq üçün, amma pulumu aldılar"  VİDEO

Suriyanın İslam Dövləti qrupunun nəzarətindəki son istehkamından evakuasiya edilən insanların çoxunun qrupun döyüşçüləri ilə qohumluğu var. Suriyada ekstremist yaraqlıların dul qalmış arvadları və uşaqları xaricilər üçün xüsusi düşərgədə saxlanılır.

Son.az bildirir ki, "Amerikanın Səsi"nin bu yaxınlarda Suriyanın Əl-Hol düşərgəsinə baş çəkən müxbiri Mutlu Civiroğlu oradakı qadınların vəziyyəti ilə tanış olub.

O, düşərgədə qeyri-insani durumun, çirkablıq və qeyri-sanitariyanın hökm sürdüyünü deyib. Uşaqların vəziyyətini açınacaqlı adlandıran Civiroğlu hökumətləri onları qəbul etməyə çağırıb. Müxbir qadınların, xüsusilə Avropa ölkələrindən gələn qadınların hökumətlərinin onları qəbul etmək istədiyini bildirib.

Adının Ayişə olduğunu deyən azərbaycanlı qadın həyat yoldaşı ilə birgə Suriyaya getdiyini deyib. Həyat yoldaşının Kobanyada öldürülməsindən sonra bu düşərgəyə sığınan Ayişə düşərgədə yaşanan çətinlikləri haqda da danışıb.

Anasının xristian, atasının şiə olduğunu deyən digər bir azərbaycanlı qadın anasının onu qəbul etmək istəmədiyini bildirib.

Mutlu Civiroğlu iki həftə öncə 14 yaşlı azərbaycanlı qızın nənəsinin də iştirakı ilə boğularaq öldürüldüyünü deyib. Qızın günahı isə başını örtmək istəməməsi olub.

Digər qadınlar da vətən həsrəti ilə yaşayır. Tacikistandan olan br qadın oğlunun çəkdiyi ümid dolu rəsmlərini göstərərək, göz yaşlarını saxlaya bilməyib.