Biləsuvarda qanunsuz ov edən Masallı sakinləri saxlanıldı


Digərləri 08 Avq 2019 18:59:00 202 0

Biləsuvarda qanunsuz ov edən Masallı sakinləri saxlanıldı

Biləsuvar rayonunun Muğankənd kəndi ərazisində 3 nəfər Masallı rayon sakini qanunsuz ov etdiyi üçün saxlanılıb.

Bakı. İlhamə İsabalayeva - Biləsuvar rayonunun Muğankənd kəndi ərazisində 3 nəfər Masallı rayon sakini qanunsuz ov etdiyi üçün saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 7-də Biləsuvar rayonunun Muğankənd kəndi ərazisində Masallı rayon sakinləri İ.Manafov, A.Abdullayev və V.Bayramov qanunsuz ov etdikləri üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan müvafiq sənədləri olan 3 ədəd ov tüfəngi, habelə 218 ədəd patron, 2 ədəd patrondaş, 1 ədəd bıçaq və 12 ədəd ovlanmış quş götürülüb.