Xətai raynonunda qaz kəsilib


Digərləri 08 Avq 2019 18:23:00 211 0

Xətai raynonunda qaz kəsilib

Bakının Xətai rayonunda "Qazanlar-Keşlə" magistral qaz kəmərində quraşdırma və birləşdirmə işləri yaxın yarım saat ərzində yekunlaşacaq.

"Azəriqaz" İB-dən Son.az-a verilən məlumata görə, quraşdırılma işləri yekunlaşdıqdan sonra qazın təchizatı bərpa ediləcək.

Qeyd edək ki, bu gün səhər saat 09.00-dan etibarən Qaz İxrac İdarəsinin balansında olan "Qazanlar-Keşlə" magistral qaz kəmərinin üzərində quraşdırma işləri, eləcə də digər qaz xətlərində birləşdirmə işləri icra olunur.

Bu müddət ərzində Xətai rayonu, Gəncə, Babək prospektləri, S.Ə.Şirvani, Sarayev, M.Hadi, İ.Zülfüqarov, Sadıqcan, X.Məmmədov, H.Aslanov, M.Davud, Aşıq Qurban, Mingəçevir və Suleyman Əhmədov küçələrində, eləcə də NZS qəsəbəsi, Əhmədli kəndi və digər yerlərdə qaz təchizatı dayandırılıb.