Tayvanda güclü zəlzələ:


Dünya 08 Avq 2019 18:12:00 213 0

Tayvanda güclü zəlzələ:

Tayvanda Rixter cədvəli ilə 6,4 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, güclü zəlzələ nəticəsində İlan əyalətində elektrik enerjisinin verilişi dayanıb.

Bölgədə on minlərlə sakin işıqsız qalıb.

Bununla yanaşı, yeraltı təkanlar nəqliyyatın hərəkətini də iflic edib. Bəzi bölgələrdə qatarların hərəkəti dayanıb, bəzi yerlərdə isə sürət həddi saatda 60 kilometrədək azaldılıb.