Snayperlərimiz yarımfinala vəsiqə qazanıb (FOTO)


Digərləri 08 Avq 2019 18:16:01 207 0

Snayperlərimiz yarımfinala vəsiqə qazanıb (FOTO)

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Bakı. “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz yarımfinal mərhələsinə vəsiqə qazanıb. Püşkatmanın nəticələrinə əsasən yarımfinal yarışlarına komandamız dördüncü qatılacaqdır. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, növbəti mərhələyə hazırlıq dövründə komandalar atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə təhkim edilən silahlardan sınaq və sıfırlama atışları ediblər.