“Spetsnaz” Atambayevin evinə gedən yolu bağladı VİDEO


Dünya 08 Avq 2019 17:46:00 225 0

“Spetsnaz” Atambayevin evinə gedən yolu bağladı  VİDEO

Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevin tərəfdarlarının girov götürdüyü xüsusi xidmət orqanı əməkdaşları sərbəst buraxılıblar. 

Mİlli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Atambayevin köməkçisi Fərid Niyazov məlumat yayıb. Qeyd edilir ki, 6 xüsusi təyinatlı eks-prezidentin evindən çıxarılıb və Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinə aparılıb.  

Niyazovun sözlərinə görə, xüsusi təyinatlıları Atambayevin göstərişi əsasında azad ediblər. 

Keçmiş prezidentin evi qarşısında keşik çəkən vətəndaşlar arasında yaralananların sayı isə artıq 52 nəfərə çatıb.

Hökumət tərəfindən sayı artırılan xüsusi xidmət orqanı əməkdaşları Atambayevin iqamətgahının yerləşdiyi Koy-Taş kəndinə yolu bağlayıblar. Bu barədə yayılan videoda görünür ki, silahlı şəxslər kəndə gedən məscidin yanında sədd çəkiblər.