Tayvanda güclü zəlzələ: İşıqlar söndü, qatarlar dayandı


Digərləri 08 Avq 2019 17:32:00 208 0

Tayvanda güclü zəlzələ: İşıqlar söndü, qatarlar dayandı

Tayvanda Rixter cədvəli ilə 6,4 bal gücündə zəlzələ baş verib

Bakı. Tayvanda Rixter cədvəli ilə 6,4 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, güclü zəlzələ nəticəsində İlan əyalətində elektrik enerjisinin verilişi dayanıb. Bölgədə on minlərlə sakin işıqsız qalıb. Bununla yanaşı, yeraltı təkanlar nəqliyyatın hərəkətini də iflic edib. Bəzi bölgələrdə qatarların hərəkəti dayanıb, bəzi yerlərdə isə sürət həddi saatda 60 kilometrədək azaldılıb.