Qırğızıstanda fövqəladə vəziyyət tətbiq oluna bilər


Dünya 08 Avq 2019 17:28:00 250 0

Qırğızıstanda fövqəladə vəziyyət tətbiq oluna bilər

Qırğızıstan parlamentinin deputatları ölkədə fövqəladə vəziyyətin tətbiq olunmasını təklif edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu təklifi növbədənkənar iclasda iştirak edən deputatların böyük əksəriyyəti dəstəkləyib.

Bu təklifin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekova çatdırıldığı deyilir.

Qeyd edək ki, otən gün A.Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat həyata keçirilib. Yaranmış qarşıdurmada 52 nəfər xəsarət alıb. Faktı Qırğızıstan Səhiyyə Nazirliyi təsdiq edib.

Məlumata görə, xəstəxanaya 52 nəfər müraciət edib. Onlardan 20 nəfər xəstəxanada, daha 11 nəfər güc strukturlarının tibb müəssisələrində müalicə olunur.