Bakıda ərəblərin kirayə yaşadığı evə basqın olub: turistləri hədələyib pul və telefonlarını alıblar


Digərləri 08 Avq 2019 17:20:00 200 0

Bakıda ərəblərin kirayə yaşadığı evə basqın olub: turistləri hədələyib pul və telefonlarını alıblar

Bakıda ərəblərin kirayə yaşadığı evə basqın edən şəxslər tutulublar.

Bakı. Elçin Mehdiyev - Bakıda ərəblərin kirayə yaşadığı evə basqın edən şəxslər tutulublar. Hadisə avqustun 5-də Səbail rayonu ərazisində qeydə alınıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səudiyyə Ərəbistanından Azərbaycana turist kimi gəlmiş iki nəfərin kirayədə yaşadıqları mənzilə basqın olub. Mənzilin qapısının açıq olduğunu görən 4 naməlum şəxs evə daxil olduqdan sonra ərəbləri sözlə hədələyərək onlardan 1700 manat pul və 5 ədəd mobil telefon alıblar. Daha sonra onların əllərini bağlayaraq oranı tərk ediblər. Hadisə ilə bağlı DİN-ə məlumat daxil olan kimi polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb.Avqustun 7-də isə DİN-in Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə biri qadın olmaqla şübhəli bilinən 4 nəfər tutulub.