Zelenski kazinoları qanuniləşdirir


Dünya 08 Avq 2019 17:06:00 232 0

Zelenski kazinoları qanuniləşdirir

Ukrayna prezidenti Vladimir Zelenski qumar oyunlarını qanuniləşdirmək istədiyini açıqlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, onun təklifi beşulduzlu otellərdə kazinoların fəaliyyətinə aiddir. Prezidentin sözlərinə görə, qumar oyunlarının leqallaşdırılması turizmin inkişafına təkan verəcək.

Xatırladaq ki, Zelenski hələ prezidentliyə namizəd olarkən Ukraynanı Las-Veqas etmək üçün bir fürsət olduğunu açıqlamışdı. 

Qeyd edək ki, Ukraynada qumar oyunlarına 2009-cu ildən bəri qadağa qoyulub.