"Anderlext"in formasını geyinən Lukaku 435 min avro cərimə edildi


Digərləri 08 Avq 2019 16:26:13 213 0

"Anderlext"in formasını geyinən Lukaku 435 min avro cərimə edildi

“Mançester Yunayted” futbolçusu Romelu Lukakunu cəzalandırıb.

Bakı. “Mançester Yunayted” futbolçusu Romelu Lukakunu cəzalandırıb. Trend-in məlumatına görə, klub rəhbərliyi belçikalı hücumçunu icazəsiz məşq bazasını tərk etdiyi və “Anderlext”in formasını geyindiyi üçün cərimələyib. "Qırmızı şeytanlar" Lukakuya 400 min funt-sterlinq (435 min avro) pul cəzası verib. Qeyd edək ki, “Mançester Yunayted”dən ayrılacağı gözlənilən hücumçu ilə “İnter” və “Yuventus” yaxından maraqlanır.