20 yaşlı gənc atasını ÖLÜMCÜL HALA SALDI


Dünya 08 Avq 2019 15:51:00 263 0

20 yaşlı gənc atasını ÖLÜMCÜL HALA SALDI

Türkiyənin Aksaray vilayətində tükürpədən hadisə baş verib.

Son.az İHA-ya istinadən xəbər verir ki, qardaşını döymək istəyən böyük qardaş aralarına girən atasını döyüb. 

Hadisə dünən axşam yerli vaxtla saat 9-un yarısı baş verib. Məlumata görə, içkili halda evlərinin yerləşdiyi məhəlləyə gələn Mehmet Özkan Ç. (20) evin önündə atası Şaban Ç. ilə söhbət edən qardaşı M.Ç.-ya (17) hücum edib.

Qardaşını yumruqlamağa başlayan Mehmet Özkan Ç.-ya atası Şaban Ç. mane olmağa çalışıb. İki oğlunun davasını ayırmaq istəyən ata Mehmet Özkan Ç. tərəfindən döyülüb. Böyük oğlu atasına başından, bədəninin müxtəlif nahiyyələrindən zərbələr endirib.


Xəbərə aid fotolar