Dələduzluq edən şirkət rəhbəri azadlığa buraxıldı


Kriminal 08 Avq 2019 15:13:00 225 0

Dələduzluq edən şirkət rəhbəri azadlığa buraxıldı

Dələduzluq və vəzifə saxtakarlığı etməkdə təqsirləndirilən Elşən Rüstəmovun barəsində olan məhkəmə qərarından verilən kasasiya şikayətinə baxılıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Elşən Rüstəmovun kasasiya şikayəti təmin edilib və birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv olunub.

Məhkəmə onun cinayət işi üzrə icraata xitam verib.

Elşən Rüstəmov dərhal cəzaçəkmə müəssisəsindən azad olunub.

İttiham aktına əsasən, Elşən Rüstəmov öz qulluq mövqeyindən istifadə edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq edib və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək, təkrarən, vəzifə saxtakarlığı törədib.

Belə ki, 2006-cı ildən 196 saylı Mənzil Tikinti Kooperativinin (MTK) sədri vəzifəsində işləyərkən Yasamal rayonu ərazisində yerləşən mənzili razılaşma protokoluna əsasən, "Avangard İnşaat" MTK-ya verilməsinə baxmayaraq, mənzilin həmin MTK-ya məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlətməklə 2011-ci ildə Yusif Abbasova 26 min 500 manata qanunsuz satıb.

Bundan başqa, o, həmin binanın digər 3 otaqlı mənzilini hazırladığı saxta sənədlərlə Səkinə Məmmədovaya 70 min 450 manata ыфежи.

Həmçinin Elşən Rüstəmov Vasil Rəhimova qarşı da dələduzluq edib.