PSG-nin yeni transferi zədələndi


İdman 08 Avq 2019 15:00:00 309 0

PSG-nin yeni transferi zədələndi

PSG yeni transferi Ander Erreranın xidmətindən məhrum qalıb.

Goal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu səhər məşqi zamanı sol ayağından zədə alıb. Tibbi müayinədən sonra İspaniya millisinin üzvünün 3-4 həftə sonra kollektivə qoşulması qərara alınıb. Bu isə o deməkdi ki, 30 yaşlı yarımmüdafiəçi Liqa1-in startını buraxacaq.

Qeyd edək ki, Ander Errera bu yay Manchester United-dən transfer edilib və PSG ilə 5 illik müqavilə imzalayıb