Türkiyədə zəlzələ panikaya səbəb oldu


Dünya 08 Avq 2019 14:56:00 238 0

Türkiyədə zəlzələ panikaya səbəb oldu

Türkiyənin İzmir vilayətinin Səfərihisar şəhərində Rixter cədvəli ilə 4,8 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, zəlzələnin episentri yerin 18 kilometr dərinliyində qeydə alınıb.

Yeraltı təkanlar ətraf bölgələrdə də hiss edilib.

Zəlzələ nəticəsində xəsarət alanlar olmasa da yeraltı təkanlar əhali arasında panikaya səbəb olub.