Real yeni transferini icarəyə verdi


İdman 08 Avq 2019 14:39:00 260 0

Real yeni transferini icarəyə verdi

Real bu yay heyətinə cəlb etdiyi yaponiyalı futbolçu Takefusa Kubonu icarəyə verib.

Goal.az xəbər verir ki, "kral klubu" onu Valladolid-ə icarəyə verib. Razılığa əsasən, 18 yaşlı oyunçu qarşıdakı mövsümü Valladolid-də keçirəcək. İcarə müddəti gələn yay yenidən uzadıla bilər.

Qeyd edək ki, Takefusa Kubo ötən mövsüm Tokio-nun heyətində 30 oyun keçirib, 6 qola imza atıb.