Bakcell gənc ixtiraçıların Amerika səfərinə dəstək göstərib (FOTO)


Digərləri 08 Avq 2019 14:56:00 233 0

Bakcell gənc ixtiraçıların Amerika səfərinə dəstək göstərib (FOTO)

Bakcell şirkəti ABŞ-ın Azərbaycandakı səfirliyi ilə birgə azərbaycanlı şagirdlərin ABŞ-da keçirilən "Dahilərin olimpiadası"nda iştirakına dəstək göstərib.

Bakı. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti ABŞ-ın Azərbaycandakı səfirliyi ilə birgə azərbaycanlı şagirdlərin ABŞ-da keçirilən "Dahilərin olimpiadası"nda iştirakına dəstək göstərib. Şirkətdən Trend-ə verilən məlumata görə, ABŞ-ın Nyu-York ştatında SUNY Oswego Universitetində keçirilmiş IX "Genius olympiad" ("Dahilərin olimpiadası") müsabiqəsində Azərbaycanı Gəncə şəhərindən olan IX sinif şagirdləri Rəsul Əliyev və Hüseyn Əliyev təmsil edib. Onlar tədbirdə “LEGO technic” vasitəsilə yaratdıqları “RoboAqrar” robotunu nümayiş etdiriblər. Fermerlər üçün nəzərdə tutulan bu robot kənd təsərrüfatında geniş istifadə potensialına malikdir. Gənc ixtiraçılarımız olimpiadanın “Biznes” kateqoriyasında fərqlənmə diplomuna layiq görülüb. Qeyd edək ki, müsabiqəyə 79 ölkədən 2800 nəfərdən çox şagird qoşulub. Bakcell şirkəti gənclərin təhsili və inkişafına, həmçinin Azərbaycanda startap mühitinin yaxşılaşmasına mütəmadi olaraq dəstək göstərir. Şirkət Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi yerli startaplar üçün birgə inkubasiya proqramı həyata keçirir. Həmçinin, 2014-cü ildən etibarən müxtəlif proqram təminatı və avadanlığın yaradılması ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün Bakcell şirkətinin AppLab proqramından dəstək alırlar. Bu mühüm layihələr ölkənin bütün startap ekosisteminin inkişaf olunmasına böyük töhfə verməklə Azərbaycanda startap mədəniyyətinin formalaşdırılmasında böyük rol oynayir. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.