Yük maşını Araz çayına aşdı,


Dünya 08 Avq 2019 14:45:00 239 0

Yük maşını Araz çayına aşdı,

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Culfa rayonunda yük maşını Araz çayına aşıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan vilayətinin Culfa rayonu hüquq-mühafizə orqanının polis rəisi polkovnik Yədulla Cahanara polis informasiya agentliyinə açıqlamasında deyib.

Y.Cahanaranın sözlərinə görə, hadisə nəticəsində yük maşınının sürücüsü çayda boğulub. Onun cəsədi artıq çaydan çıxarılıb.

Hadisəyə səbəb diqqətsizlik və yorğunluq göstərilib.