Pirallahı rayonu sürətlə inkişaf edir


Digərləri 08 Avq 2019 14:07:00 230 0

Pirallahı rayonu sürətlə inkişaf edir

Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən uğurlu siyasət nəticəsində son illərdə Azərbaycan sürətlə inkişaf edərək bütün sahələrdə böyük uğurlar qazanmışdır.

Bakı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən uğurlu siyasət nəticəsində son illərdə Azərbaycan sürətlə inkişaf edərək bütün sahələrdə böyük uğurlar qazanmışdır. Bu dövr ərzində Prezidentin təsdiq etdiyi müvafiq Dövlət Proqramlarına əsasən, Bakı şəhəri və onun rayonları, o cümlədən, mənim deputat seçildiyim 13 saylı Xəzər-Pirallahı seçki dairəsinə aid olan Pirallahı rayonu böyük inkişaf yolu keçmişdir. Bu fikirləri Trend-ə millət vəkili Rauf Əliyev deyib. Millət vəkili bildirib ki, Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı ölkə başçısının daim diqqətində olan məsələlərdəndir: "Pirallahı Bakı şəhərinin ən gənc rayonu olmasına baxmayaraq, ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində paytaxtın rayonları arasında öz layiqli yerini tutmuşdur. Təkcə 2019-cu ilin 6 ayı ərzində cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bilavasitə iştirakı ilə rayonda çoxlu sayda sənaye müəssisələrinin, müxtəlif təyinatlı sosial obyektlərin açılış mərasimi keçirilmiş, geniş miqyaslı abadlıq-quruculuq işləri görülmüşdür. 16 may 2019-cu il tarixdə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, rayon ərazisində yaradılmış Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodu işə salınmışdır. Zavodda 150 iş yeri yaradılmışdır. Zavodun istehsal etdiyi məhsullar nəinki yerli tələbatı ödəyəcək, eyni zamanda Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixrac ediləcək. 5 iyul 2019-cu il tarixdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Pirallahı qəsəbəsində 306 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilmişdir. Yaşayış kompleksində məktəb də daxil olmaqla, digər zəruri infrastruktur obyektləri tikilib istifadəyə verilib". R.Əliyev əlavə edib ki, 7 avqust 2019-cu il tarixdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Pirallahı rayonunda bir sıra sənaye, sosial, mədəniyyət və inzibati obyektlərin açılış mərasimləri keçrilib: "Pirallahı Rayon İcra Hakimiyyətinin yeni inzibati binası istifadəyə verilmişdir. YAP Pirallahı Rayon Təşkilatı üçün müasir tipli yeni inzibati binanın açılış mərasimi keçirilmişdir. Yeni inşa olunmuş Gənclər Mərkəzi istifadəyə verilmişdir. Gənclər Mərkəzinin binasında Heydər Əliyev muzeyi fəaliyyət göstərir.