Türkiyədə zəlzələ panikaya səbəb oldu


Digərləri 08 Avq 2019 13:57:00 225 0

Türkiyədə zəlzələ panikaya səbəb oldu

Türkiyənin İzmir vilayətinin Səfərihisar şəhərində Rixter cədvəli ilə 4,8 bal gücündə zəlzələ baş verib

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin İzmir vilayətinin Səfərihisar şəhərində Rixter cədvəli ilə 4,8 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, zəlzələnin episentri yerin 18 kilometr dərinliyində qeydə alınıb. Yeraltı təkanlar ətraf bölgələrdə də hiss edilib. Zəlzələ nəticəsində xəsarət alanlar olmasa da yeraltı təkanlar əhali arasında panikaya səbəb olub.