Dövlət Xidmətlərinin Elektron Reyestrinə yeni məlumatlar daxil edilir


Digərləri 08 Avq 2019 13:40:00 257 0

Dövlət Xidmətlərinin Elektron Reyestrinə yeni məlumatlar daxil edilir

Nazirlər Kabineti "Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları"nda dəyişiklik edib.

Son.az Trend-ə istinadən bildirir ki, dəyişiklikliyə uyğun olaraq, Elektron Reyestrin yeni bir bölməsi yaradılıb.

Qərarla Reyestrin bölmələrinə "Vahid "G2B" (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi də daxil edilib.

Yeni bölməyə dövlət qurumlarının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlər barədə məlumatlar və verdikləri hüquqmüəyyənedici sənədlər daxil edilir.