Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti imtahan keçiriləcək


Digərləri 08 Avq 2019 13:23:00 207 0

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi avqustun 18-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçirəcək.

Mərkəzdən Son.az-a verilən məlumata görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahanda iştirak etmək üçün qeydiyyat 9 avqust saat 16:00-dək davam edəcək.

8 avqust saat 09:25-dək olan məlumata əsasən, imtahanda iştirak etmək üçün BA vəzifə qrupu üzrə 241, BB vəzifə qrupu üzrə 787 nəfər olmaqla, ümumilikdə 1028 nəfər qeydiyyatdan keçib.