Yük maşını Araz çayına aşdı, sürücü boğuldu


Digərləri 08 Avq 2019 13:28:52 198 0

Yük maşını Araz çayına aşdı, sürücü boğuldu

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Culfa rayonunda yük maşını Araz çayına aşıb.

Bakı. Elnur Bağışov - İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Culfa rayonunda yük maşını Araz çayına aşıb. Trend-in məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayətinin Culfa rayonu hüquq-mühafizə orqanının polis rəisi polkovnik Yədulla Cahanara polis informasiya agentliyinə açıqlamasında deyib. Y.Cahanaranın sözlərinə görə, hadisə nəticəsində yük maşınının sürücüsü çayda boğulub. Onun cəsədi artıq çaydan çıxarılıb.