Azərbaycanlı aparıcıda xərçəng aşkarlandı


Digərləri 08 Avq 2019 12:36:35 178 0

Azərbaycanlı aparıcıda xərçəng aşkarlandı

Lider TV-nin əməkdaşı Zərifə Çobanzadə Tapdıq qızında xərçəng xəstəliyi üzə çıxıb.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, qarın boşluğunda onkoloji şiş aşkarlanan Zərifə xanım artıq bir neçə gündür Milli Onkologiya Mərkəzində (MOM) müalicəyə başlayıb.

Z.Çobanzadə xəstəlikdən qorxmadığını deyir:

"Mən güclü qadınam, xəstəlikdən qorxmuram. Tezliklə bu bəlaya qalib gələcəyəm. Onkologiyada döyüşlərim başladı. Bu çətin döyüşdə mənə dəstək olan dəyərlimiz Fəxriyyə Xələfovaya, sevimli millət vəkilimiz Qənirə Paşayevaya və MOM-un baş həkimi Azad Kərimliyə dərin minnətdarlığımı bildirirəm".

Z.Çobanzadə planlaşdırılmış cərrahiyyə əməliyyatının təxirə salındığını deyir: "Əməliyyat olunmalıyam, qanımda şəkərim normaya düşmədiyindən təxirə salındı. Gözləyirik..."


Xəbərə aid fotolar