Bakı Ali Neft Məktəbinin tələbələri Azərbaycanı beynəlxalq biznes ideya müsabiqəsində təmsil edəcək FOTO


Digərləri 08 Avq 2019 12:28:00 269 0

Bakı Ali Neft Məktəbinin tələbələri Azərbaycanı beynəlxalq biznes ideya müsabiqəsində təmsil edəcək  FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Azərbaycanı dünyanın ən böyük "Yaşıl Texnologiya" biznes ideya müsabiqəsi olan "ClimateLaunchpad-2019"-un beynəlxalq finalında təmsil edəcək.

BANM-dan Son.az-a bildirilib ki, Ali Məktəbin "Climasel" komandası Milli Finalda qalib gələrək Niderland Krallığının paytaxtı Amsterdam şəhərində noyabrda keçiriləcək Qobal Finalda iştirak hüququ qazanıb.

"Climasel" ölkəni beynəlxalq layihədə təmsil edəcək 2 yerli startap layihəsindən biridir.

Layihə evlərdə, ofis və restoranlarda temperaturu stabil saxlamağa yönəlmiş materialın istehsalını nəzərdə tutur.

Sosial İnnovasiya Laboratoriyasının dəstəyi ilə Azərbaycanda startap ekosistemini təkmilləşdirmək məqsədilə həyata keçirilən "ClimateLaunchpad" müsabiqəsi ətraf mühitin qorunması və inkişafı ideyasına xidmət edir. Müsabiqədə iştirak edən komandalar ideyalarını məhsula çevirmək, həmin məhsulu kommersiyalaşdırmaq, qlobal bazara çıxarmaq yollarını araşdırır və vacib biznes biliklərini layihələri üzərində tətbiq edirlər.

Avropa Birliyinin maliyyə vəsaiti ilə Avropa Birliyi İnnovasiya və Texnologiya İnstitutu tərəfindən təşkil edilən ənənəvi yarışmada bu il dünyanın 50-dən çox ölkəsi iştirak edir.


Xəbərə aid fotolar