Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti imtahan keçiriləcək


Digərləri 08 Avq 2019 12:19:00 221 0

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi avqustun 18-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçirəcək.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi avqustun 18-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçirəcək. Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahanda iştirak etmək üçün qeydiyyat 9 avqust saat 16:00-dək davam edəcək. 8 avqust saat 09:25-dək olan məlumata əsasən, imtahanda iştirak etmək üçün BA vəzifə qrupu üzrə 241, BB vəzifə qrupu üzrə 787 nəfər olmaqla, ümumilikdə 1028 nəfər qeydiyyatdan keçib.