"Renault" zavodunda yanğın:


Dünya 08 Avq 2019 12:12:00 249 0

"Renault" zavodunda yanğın:

Fransanın "Renault" avtomobil istehsalı zavodunda yanğın olub.

Son.az Trend-ə istinadən bildirir ki, yanğın zavodda avtomobillərin rənglənməsi üçün olan kameranın içərisində təmir işləri aparılarkən baş verib.

Məlumata görə, yanğın zamanı 58 yaşlı əməkdaş 3-cü dərəcli yanıq xəsarətləri alıb. Yaralı Mets şəhər xəstəxanasının yanıq mərkəzinə yerləşdirilib.

Hadisə yerinə dərhal yanğınsöndürənlərin cəlb edilməsi yanğının bütün zavod ərazisinə yayılmasının qarşsını alıb.