Rusiyada “Volkswagen” sərnişin avtobusu ilə toqquşdu:


Dünya 08 Avq 2019 11:55:00 197 0

Rusiyada “Volkswagen” sərnişin avtobusu ilə toqquşdu:

Rusiyanın Novorossisky əyalətində sərnişin avtobusunun və minik avtomobilinin iştirakı ilə baş verən ağır yol qəzasında 3 nəfər ölüb, 42 nəfər isə xəsarət alıb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə avqustun 7-si axşam saatlarında Novorossisky-Kerçensky avtomagistralının 16-cı kilometrliyində qeydə alınıb.

Məlumata görə, "Volkswagen Touareg" markalı minik avtomobili "Hyundai" markalı - Krasnodar-Novorossisky marşrutu ilə hərəkət edən reys avtobusu ilə toqquşub. Qəzanın şiddətindən hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq uçuruma yuvarlanıb.

Avtobusda və avtomobildə ümumilikdə 45 nəfər olub. Nəticədə avtomobildə "Volkswagen Touareg"də olan biri qadın, ikisi uşaq olmaqla 3 nəfər ölüb. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.

İnsidentlə bağlı cinayət işi açılıb.