Boca Juniors Qarabağ-ın təklifini geri çevirdi


İdman 08 Avq 2019 11:13:00 247 0

Boca Juniors Qarabağ-ın təklifini geri çevirdi

Boca Juniors (Argentina) klubu futbolçusu Markos Diası transfer etmək istəyən Qarabağ-ın təklifini qəbul etmədi.

Goal.az "Grupo La Provincia” portalına istinadən xəbər verir ki, Buenos-Ayres təmsilçisi 33 yaşlı argentinalını heyətdə saxlamağa qərar verib. Yanvarında klubu ilə 1,5 illik müqavilə bağlayan Dias əsas heyətə düşməkdə çətinlik çəkir.

Hazırda Qarabağ-ın əsas qapıçısı braziliyalı Vaqner da Silvadır. İkinci qapıçısı isə Şahrudin Məhəmmədəliyevdir.