Yay aylarında diareya (FOTO)


Digərləri 08 Avq 2019 10:55:00 214 0

Yay aylarında diareya (FOTO)

Beləliklə, çoxdan gözlənilən yay gəldi - məzuniyyət vaxtı, digər ölkələrə səyahət, təbiətin qoynunda dincəlmək, dəniz və hovuzda çimmək, günün altında qaralmaq...

Bakı. Beləliklə, çoxdan gözlənilən yay gəldi - məzuniyyət vaxtı, digər ölkələrə səyahət, təbiətin qoynunda dincəlmək, dəniz və hovuzda çimmək, günün altında qaralmaq... Ancaq belə bir dövrdə, müsbət və unudulmaz təəssüratların xaricində, məzuniyyətinizi poza biləcək bəzi çətinlikləri yadda saxlamaq lazımdır. Onlardan biri diareyadır. Yay aylarında diareyanın səbəbləri. Xəstəliyin ortaya çıxmasına səbəb olan viruslar, bakteriyalar və parazitlərin nəm və artan temperaturda daha asan yayıla bilir. Həmçinin, qidaların uyğun şəraitdə saxlanılmaması, daha tez xarab olması, hovuz və dəniz suyunun içilməsi, qidaların lazımi qaydada təmizlənməməsi, ya da təmiz su ilə yuyulmaması kimi bir çox əlavə təsirlər də yayda ishalın olmasına səbəb yaradır. Buna görə də, yay aylarında diqqətli olmaq və belə xoşagəlməz faktorların mümkün mənbələrindən qaçmaq lazımdır, xəstəliyin qarşısını ala bilmədikdə isə əziyyət çəkən orqanizmə vaxtında və düzgün şəkildə yardım göstərmək lazımdır. Həkimə getməzdən öncə nə etmək olar? İshalın səbəbindən asılı olmayaraq ilk növbədə müəyyən pəhriz saxlanılmalıdır. Çoxlu miqdarda maye içilməlidir, çünki ishal zamanı orqanizm çoxlu maye itirir. Mikrofloranı bərpa etmək üçün probiotiklərdən istifadə olunur, çünki ishal zamanı bağırsaqların mikroflorası pozulur. Faydalı bakteriyaların (probiotiklərin) istifadəsi ishalın kəskinliyini və onun davametmə müddətini azaldır. Reseptsiz buraxılan diareyaəleyhinə dərman vasitələrinin həddən ziyadə istifadəsindən qaçmaq lazımdır. Nəzərə alın ki, diareya varsa bu o deməkdir ki, nəcis irfazının tezləşməsi yolu ilə orqanızm onu yarada biləcək səbəbləri (virus, köhnə qida və s.) xaric etməyə çalışır. Qəbul edilən diareyaəleyhinə dərman maddələri isə bu prosesi ləngidir. İshalın qarşısını almaq mümkündürmü? 1.Yeməkdən əvvəl əllər mütləq yuyulmalıdır.