Atambayev girov götürülmüş xüsusi təyinatlıları buraxacağını vəd etdi


Digərləri 08 Avq 2019 10:43:00 208 0

Atambayev girov götürülmüş xüsusi təyinatlıları buraxacağını vəd etdi

Qırğızıstanın eks prezidenti Almazbek Atambayev onun Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat zamanı tərəfdarlarının girov götürdüyü şəxsləri azad edəcəklərini bildirib.

Bakı. Qırğızıstanın eks prezidenti Almazbek Atambayev onun Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat zamanı tərəfdarlarının girov götürdüyü şəxsləri azad edəcəklərini bildirib. Trend-in məlumatına görə, sabiq prezident artıq onların bəzilərinin azad edildiyini qeyd edib. A.Atambayev deyib: "Onlar da kiminsə övladlarıdır, biz başa düşürük. Biz onları mütləq buraxacağıq. Əksəriyyətini artıq dünən sərbəst buraxmışıq". Qeyd edək ki, otən gün A.Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat həyata keçirilib. Yaranmış qarşıdurmada 52 nəfər xəsarət alıb. Faktı Qırğızıstan Səhiyyə Nazirliyi təsdiq edib.