Əfqanıstandakı sülhməramlıların bir qrupu Azərbaycana qayıdıb


Digərləri 08 Avq 2019 10:38:31 350 0

Əfqanıstandakı sülhməramlıların bir qrupu Azərbaycana qayıdıb

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb.

Bakı. Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb. Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilir ki, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin