“Həkimlərimizi tanıyın!” - cərrah Sabir Həbibov


Digərləri 08 Avq 2019 10:24:00 270 0

“Həkimlərimizi tanıyın!” - cərrah Sabir Həbibov

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə tibb elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar həkimi, yüksək ixtisaslı cərrah Sabir Həbibovu təqdim edirik.

Bakı. “Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə tibb elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar həkimi, yüksək ixtisaslı cərrah Sabir Həbibovu təqdim edirik. 1983-2017-ci illərdə Moskva S.S.Yudin adına Klinik xəstəxanada endoskopik cərrahiyyə şöbəsinin müdiri işləmiş Dr. Həbibov, 2017-ci ildən başlayaraq Mərkəzi Gömrük Hospitalında ümumi cərrah vəzifəsində işləyir. 2012-ci ildə o, dünyada ilk azərbaycanlı olaraq “Mədəaltı vəzin çıxarılması və həzm traktının rekonstruksiyası” əməliyyatını icra edib. Qeyd edək ki, Sabir Həbibov 1973-cü ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini və 1973-1974-cü illərdə cərrahiyyə ixtisası üzrə internaturanı bitirib təhsilini Moskva Tibb Elmlər Akademiyasının Ümumittifaq Onkoloji Mərkəzində davam etdirərək, 1980-ci ildə tibb elmləri namizədi adını, 2001-ci ildə Moskva-Budapeşt Beynəlxalq Elmlər Akademiyasında tibb elmləri doktoru adını və 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasında professor adını almışdır. 1993-cü ildən başlayaraq cərrah Sabir Həbibov Rusiyanın, Amerikanın, Avropanın aparıcı klinikalarında konfrans, seminar və toplantılarda iştirak edib. Şimali Karolina Çepil Hill Tibb Universitetində Endoskopik Flebektomiya üzrə, Avstriyanın Breqens şəhər Hospitalında Patoloji Piylənmədə Mədəyə Bandajın qoyulması texnikası üzrə, Strazburqda, Lui Paster adına Universitet klinikasında Laparoskopik kolorektal cərrahiyyə və Urologiya Cərrahiyyəsi üzrə, Türkiyədə Laparoskopik kolorektal cərrahiyyə üzrə Tibbi cərrahiyyə mərkəzində, Böyük Britaniyada “Müqəddəs Aleksandra” hospitalında “Düz bağırsaq şişlərinin laparoskopik müalicəsi” üzrə ustad dərsləri keçmişdir.